Putin Türkiyəyə gedir?

putin-turkiyeye-gedir
Oxunma sayı: 3127

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini işgüzar görüşə dəvət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Yeni Şafak” qəzeti yayıb.

Qəzet yazır ki, mayın 18-i Rusiyanın Baş nazirinin müavini Aleksandr Novakın başçılıq etdiyi nümayəndə heyəti Ankaraya səfər edəcək. Heyət Ankarada Türkiyənin iqtisadi qurumlarının nümayəndələri ilə danışıqlar aparacaq.

Həmçinin iddia olunur ki, tərəflər iki ölkə lideri arasında görüş üçün zəmin hazırlayacaqlar.

“Prezident Rəcəb Tayyib Ərdoğan telefonla zəng etdiyi Rusiya Prezidenti Vladimir Putini Türkiyəyə yüksək səviyyəli işgüzar görüşə dəvət edib. Bununla əlaqədar olaraq, yaxın günlərdə Putinin Türkiyəyə səfər edəcəyi gözlənilir”, - deyə məlumatda qeyd olunub.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə, öz növbəsində bildirib ki, yaxın günlərdə Putinin Türkiyəyə səfərinə hazırlıq getmir.