Putin Ukraynada çağırışçıların olmasını araşdırmağı tapşırdı

putin-ukraynada-cagiriscilarin-olmasini-arasdirmagi-tapsirdi
Oxunma sayı: 4126

Rusiya Prezidenti Vladimir Putin Baş Hərbi Prokurorluğa çağırışçıların Ukraynada döyüş bölgəsinə necə düşdüyünün araşdırılması ilə bağlı göstəriş verib.

 “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib. 

Onun sözlərinə görə, prokurorluq tərəfindən Rusiya Prezidentinin çağırışçıların hərbi əməliyyatlarda hər hansı tapşırıqları yerinə yetirmək üçün cəlb olunmasına icazə verilməməsi ilə bağlı göstərişinin yerinə yetirilməməsinə görə təqsirli olan vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək və məsuliyyət daşıyan vəzifəli şəxslər cəzalandırılacaq. 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukraynada rusiyalı çağırışçıların olduğunu etiraf edib.

Həmçinin oxuyun: Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi