Putin Ukraynadan danışır - - Video+Yenilənib

putin-ukraynadan-danisir-
Oxunma sayı: 6201


Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq Ukraynada baş verənlərə münasibət bildirib.

 “Qafqazinfo” xəbər verir ki, canlı yayımda jurnalistlərin suallarını cavablandıran Putin bildirib ki, Ukraynada baş verənlər  antikonstitusion çevriliş və hakimiyyətin silahla ələ keçirilməsidir. Onun sözlərinə görə, parlament qismən legitimdir. Prezident vəzifəsini icra edən şəxsin isə heç bir legitimliyi yoxdur:

“Ancaq bir prezident var, aydındır ki onun heç bir hakimiyyəti yoxdur, lakin hüquqi nöqteyi-nəzərdən  Ukraynanın legitim prezidenti Yanukoviçdir.

Mən son vaxtlar xarici həmkarlarımla telefon vasitəsilə çox tez-tez Ukrayna problemini müzakirə etmişəm. Və soruşuram: onlar nədən bunu etdilər? Prezident Yanukoviç saziş imzaladı və öz hakimiyyətini demək olar ki təhvil verdi. Müxalifətin tələb etdiyi hər şeyə razılaşdı. Güc tətbiq etməməyə razılaşdı. O, bütün polis qüvvələrini paytaxtdan çıxarmaqla bağlı tapşırıq verdi. O, Xarkova gəldi və dərhal onun iqamətgahını ələ keçirdilər. Bu, tamamilə axmaq davranışdır.

Bu situasiya nədən yarandı? Sadə ukraynalı əziyyət çəkirdi. Korrupsiya elə həddə çatmışdı ki eləsini biz yuxuda da görməmişdik. Prinsipcə xalq çevriliş istəyir. Lakin qanunsuz çevrilişə stimul vermək olmaz. Postsovet məkanında istisnasız olaraq konstitusion yolla hərəkət etmək lazımdır. Mən hələ də Maydanda hakimiyyətin fasadının təmir edilməsini deyil, kardinal dəyişikliyi tələb edən insanları başa düşmürəm”.

***

Putin Krıma yardım göstərilib-göstərilməməsi ilə bağlı sualı cavablandıraraq “əlbəttə yardım edəcəyik”-deyib. Rusiya prezidenti, eyni zamanda Ukraynaya qoşun yeridilməsi ilə bağlı suala münasibət bildirib:

“Hələ ki? Belə ehtiyac yoxdur, lakin bu mümkündür. Bu yaxınlarda keçirdiyimiz təlimlər heç bir halda Ukraynada baş verənlərlə əlaqəli deyil. Lakin biz Ukraynanın legitim prezidenti Yanukoviçə Ukrayna vətəndaşlarının müdafiəsi üçün hərbi yardımla bağlı birbaşa müraciət etmişik. Ukrayna bizim yaxın qonşumuzdur, qardaş dövlətdir”.

***

“Rusiya Krımı birləşdirməyi nəzərdə tutmur. Biz heç bir halda heç kimi təşviq etməyəcəyik və belə bir əhval-ruhiyyə yaratmayacağıq. Ancaq həmin torpaqlarda yaşayan vətəndaşların özləri öz taleyini həll etmək haqqına sahibdir”.