Putin və Merkel Soçidə görüşəcək

putin-ve-merkel-socide-gorusecek
Oxunma sayı: 851

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında Soçidə görüş olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Merkelin Rusiyaya səfəri iyulda Hamburqda keçiriləcək “Böyük iyirmilik” (G-20) sammitinə hazırlıq rolunu oynayır. Görüşdə ölkə başçıları qarşıdakı sammit ilə əlaqədar fikir mübadiləsi aparacaqlar.

Ekspertlər hesab edirlər ki, əsas müzakirə mövzusu Ukrayna və Suriya problemləri, terrorizmlə mübarizə məsələləri, həmçinin Minsk razılaşmalarının həyata keçirilməsi olacaq.