“Qafqazinfo” CİHAN-a istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
İkitərəfli görüş Ufa şəhərində baş tutacaq. Peskov “Ufa şəhərində 9-10 iyul tarixlərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Putin və Ruhaninin görüşməsi gözlənilir”- deyə yazılı açıqlama yayıb.
Qeyd edək ki, Çinin Şanxay şəhərində 1996-cı ildə Rusiya, Çin, Qazaxıstan, Tacikistan və Qırğızıstanın qurduğu “Şanxay Quintet” 2001-ci ildə Özbəkistanın da daxil olması ilə Şanxay Əməkdaşlıq Təşkilatına çevrildi.
Hindistan, İran, Monqolustan və Pakistanın müşahidəçi üzv olduğu ŞƏT, 2008-ci ildə aldığı qərarla “dialoq ortaqlığı” statusu meydana gətirdi.
Türkiyə də 2013-ci ildə təşkilata dialoq ortağı statusu ilə daxil oldu.
Son xəbərlər
Son Xəbərlər