Putin və Sarkisyanın görüş tarixi açıqlandı

putin-ve-sarkisyanin-gorus-tarixi-aciqlandi
Oxunma sayı: 635

Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş avqustun 8-də baş tutacaq. Bu məqsədlə Ermənistan dövlət başçısı Moskvaya rəsmi səfər edəcək.

Məlumata görə, tərəflərin görüşü zamanı ikitərəfli siyasi, humanitar və ticari-iqtisadi sahələrdə əməkdaşlığın əsas məsələlərini müzakirə edəcəklər. Bundan başqa, görüşdə Rusiya və Ermənistanın Avrasiya inteqrasiya prosesləri, MDB və KTMT, eləcə də gündəmin aktual beynəlxalq və regional mövzuları və Qafqazdakı vəziyyətə dair fikir mübadiləsi aparılacaq./anspress/