ABŞ prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında yaxın günlərdə telefon danışığı olacaq.
“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “NBC” kanalının əməkdaşı Helli Cekson ABŞ administrasiyasındakı mənbələrə əsasən bildirib.
“Prezident Tramp və Putin bu həftəsonu, gözlənildiyi kimi, telefonla danışacaqlar. Bu andiçmədən sonra ilk zəng olacaq”,- deyə H.Cekson Tvitter hesabında yazıb.
Bundan əvvəl isə Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser, prezident administrasiyası tərəflər arasında telefon danışığının vaxtı ilə bağlı razılığın olmadığını bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər