ABŞ prezidenti Donald Tramp və Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kreml mətbuat xidməti məlumat yayıb.
Tərəflər söhbət zamanı terrorizimlə mübarizə, Suriya münaqişəsi və Ukrayna məsələlərini müzakirə ediblər.
Dövlət başçıları hər iki ölkənin işgüzar dairələri arasında ticari-iqtisadi münasibətlərin bərpasının vacibliyini vurğulayıblar.
Bundan əlavə Rusiya və ABŞ prezidentləri Yaxın Şərqdəki vəziyyət, Ərəb-İsrail münaqişəsi, İranın nüvə proqramı və Koreya yarımadası ətrafındakı məsələləri müzakirə ediblər.
Son xəbərlər
Son Xəbərlər