Putin və Trampa qarşı etiraz aksiyası

putin-ve-trampa-qarsi-etiraz-aksiyasi
Oxunma sayı: 936

Helsinkidə sammitlə eyni vaxtda müxtəlif yerlərdə nümayişlər keçirilir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, toplantı keçirilən prezident sarayından 100 metr aralıqda, Esplanada bulvarında yüksək səs avadanlıqlarının quraşdırılıb, fin və amerikalı PEN klubun üzvləri konsert proqramı təşkil ediblər. 

Yerli musiqiçilər və yazıçılar azadlıq uğrunda mübarizədən bəhs edən əsərlərini oxuyurlar. Konsertlə yanaşı Esplanadada bir qrup şəxs baraban sədaları altında faşizmə və irqçiliyə qarşı şüarlar səsləndirir.

Senat meydanında isə Meksikadan olan, ABŞ sərhədində ailə üzvlərinin bir-birindən ayrı salınmasına etiraz edən fəallar özlərini Trampa bənzədərək hamilə qadın obrazında yürüş ediblər. Fin polisi bildirik ki, aksiyalar olsa da, paytaxtda sabitlik qorunur, heç bir xoşagəlməz hadisə baş verməyib. 

Aysel Kərimova