Putin vəliəhd şahzadə ilə Ukraynadakı vəziyyəti müzakirə etdi

putin-veliehd-sahzade-ile-ukraynadaki-veziyyeti-muzakire-etdi
Oxunma sayı: 2289

 Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman neft bazarlarında baş verənləri və Ukraynadakı vəziyyəti müzakirə ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan neft hasil edən ölkələrdən ibarət OPEC qrupu ilə həyata keçirilən əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə sözügedən əməkdaşlıqla bağlı müsbət dəyərləndirmələr aparılıb.

Görüş zamanı tərəflər Ukrayna və Yəməndəki hadisələri də müzakirə ediblər.