Putin Vyetnama səfər edəcək

putin-vyetnama-sefer-edecek
Oxunma sayı: 1532

Hazırda Rusiya Prezidenti Vladimir Putinin Vyetnam və Şimali Koreyaya səfərinə hazırlıq işləri aparılır.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko açıqlayıb. 

Kremlin rəsmi sözçüsü Dmitri Peskov isə öz növbəsində Putinin Vyetnama səfərinə hazırlıq getməsini təsdiqləyib. Rusiya liderinin Şimali Koreyaya mümkün səfəri ilə bağlı isə daha əvvəl məlumat yayılmışdı. Bununla belə, səfərlərin dəqiq tarixi açıqlanmayıb. 

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In 2023-cü ilin sentyabrında Rusiyaya səfər edib və V.Putini ölkəsinə səfərə dəvət edib. Rusiya lideri dəvəti qəbul edib.