“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, bu ehtimalı Reuters agentliyi Qazaxıstanın hökumət mənbələrinə istinadən yayıb. İnterfax agentliyinin məlumatına görə isə, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Vladimir Putinin bu həftənin sonuna planlaşdırılan səfərinin təxirə sallındığını təsdiq edib, lakin səbəbləri açıqlamayıb.
Bu səfər zamanı, martın 12-13-də Rusiya prezidentinin qazaxıstanlı və belarus həmkarları ilə görüşü keçirilməli idi.
Dmitri Peskov deyib ki, üç prezident Astanada keçirilməli olan sammitin vaxtını dəyişmək barədə razılığa gəliblər.
Peskov “Qovorit Moskva” radiosunun suallarına cavab verərkən səfərin təxirə salınmasının səbəblərini açıqlamaqdan imtina edib.
“Biz səbəblər barədə izahat vermirik. Bu, liderlərin qərarıdır” – deyib sözçü bildirib.
Son xəbərlər
Son Xəbərlər