Putin Xəzər dənizi üzrə İşçi Qrupuna yeni nümayəndə təyin etdi

putin-xezer-denizi-uzre-isci-qrupuna-yeni-numayende-teyin-etdi
Oxunma sayı: 1173

Rusiya Prezidenti Vladimir Putin Xəzər dənizi üzrə Yüksək Səviyyəli Dövlətlərarası İşçi Qrupuna ölkənin yeni nümayəndəsinin təyin edilməsi barədə fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, fərman hökumət portalında dərc edilib.

Fərmana əsasən İqor Bratçikov Rusiyanın İşçi Qrupundakı nümayəndəsi vəzifəsindən azad edilib.

Rusiya Prezidentinin MDB dövlətləri ilə Rusiya arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi səfiri Mixail İvanoviç Petrakov Rusiyanın Xəzər dənizi üzrə Dövlətlərarası Yüksək Səviyyəli İşçi Qrupundakı nümayəndəsi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində keçirilmiş Beşinci Xəzər Sammitinin nəticələrindən sonra dövlət başçılarının qərarı ilə yaradılan Xəzər dənizi üzrə yüksək səviyyəli işçi qrupu 2019-cu ildən bəri toplanır. Xarici İşlər Nazirliklərinin tabeliyində olan beştərəfli müntəzəm məsləhətləşmələr mexanizmi Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın səmərəli həyata keçirilməsini və Xəzəryanı ölkələr arasında müxtəlif əməkdaşlıq aspektlərinin həyata keçirilməsini təşviq etmək üçün hazırlanıb.