Rusiya prezidenti Vladimir Putin Xəzərin hüquqi statusuna dair Konvensiyanı təsdiq edilmək üçün Dövlət Dumasına təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, sənəd parlamentin elektron bazasındadır.
Qeyd edək ki, Konvensiya ötən il avqustun 12-də Aktauda imzalanıb. Sənədin əsas xüsusiyyətlərindən biri Xəzər dənizində Konvensiyanı imzalayan dövlətlərə məxsus olmayan hər hansı silahlı qüvvələrin yerləşdirilməsinə icazə verilməməsidir.
Son xəbərlər
Son Xəbərlər