Rusiya prezidenti Vladimir Putin Soçidə buz üstünə çıxıb.
“Qafqazinfo” life.ru-ya istinadən xəbər verir ki, rusiyalı lider “Xokkeyin əfsanələri” komandasının tərkibində yarışa qatılıb. Putinin komandasında müdafiə naziri Sergey Şoyqu, xokkeyçilər Pavel Bure, Vyaçeslav Fetisov, Aleksandr Yakuşev, Valeriy Kamenski və başqaları olub. Prezidentin komandasının qapıçısı Tula vilayətinin qubernatoru Alekse Dyumin olub. Putin 11 nömrə altında qırmızı formada oynayıb.
Onların rəqibi isə Gecə xokkey liqasının oyunçuları və biznesmenlər olub.
Son xəbərlər
Son Xəbərlər