Rusiya prezidenti Vladimir Putin mayın 10-da Soçidə Olimpiya Salonunda keçirilən Gecə Xokkey Liqasının (GXL) qala-matçında iştirak edib.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Putin matçda “GXL ulduzları” komandasının tərkibində “GXL yığması”na qarşı mübarizə aparıb.
O, buz xokkeyinin üstünə 11 nömrəli köynəklə çıxıb. Onun komandasında Müdafiı naziri Sergey Şoyqu və GXL-in direktorlar şurasının nümayəndəsi Vyaçeslav Fetisov da olub.
Oyun 9:5 hesabı ilə “GXL ulduzları” komandasının xeyrinə başa çatıb.
Qeyd edək ki, V. Putin adətən buz xokkeyi yarışlarına qatılır. Sonuncu dəfə o, 2015-ci il oktyabrın 7-də ad günündə matçda iştirak edib.






Son xəbərlər
Son Xəbərlər