Putin yanğının səbəbini açıqladı

putin-yanginin-sebebini-aciqladi
Oxunma sayı: 2680

Rusiya prezidenti  Vladimir Putin  ticarət mərkəzindəki yanğınla əlaqədar keçirilən iclasda yanğının səbəbinin laqeydlilik olduğunu  açıqlayıb.

“Qafqazinfo” Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, daha sonra Rusiya lideri deyib: “Burada nə baş verir? İnsanlar bura istirahət üçün gəlmişdi. Biz, demoqrafiyadan danışırıq. Bəs hansı səbəbə bu qədər insan itiririk? Laqeydlilik və səhlənkarlığa görə...”.

Putin Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikinə hadisənin səbəblərini ətraflı araşdırılmasına dair göstərişlər verib.

Xatırladaq ki, Kemerovdakı yanğın nəticəsində 64 insan həyatını itirib. Xeyli insan xəsarət alıb.

Ülviyyə