Putin Yanukoviçi qorumaq üçün təlimat verib

putin-yanukovici-qorumaq-ucun-telimat-verib
Oxunma sayı: 1267

Uyraynanın sabiq prezidenti Viktor Yanukoviçin Rusiyada təhlükəsizliyi təmin edilir.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

Kremlin nümayəndəsinin sözlərinə görə, Vladimir Putinin əmri ilə Yanukoviçə mühafizəçi təyin olunub: “Müvafiq fərman hələ Yanukoviç prezident ikən Rusiyaya gəldiyi zaman imzalanıb”.

Peskov Ukraynanın eks-dövlət başçısını məhz hansı qurumun mühafizə etdiyini açıqlamayıb.

Qeyd edək ki, Kiyev məhkəməsi bu ilin yanvarında Yanukoviçi qiyabi olaraq 13 il azadlıqdan məhrum edib. Ona qarşı istintaq 2017-ci ilin iyunundan başlayıb.

Yanukoviç bir neçə gün öncə Moskvada keçirdiyi mətbuat konfransında həyatının təhlükədə olduğunu söyləyib.