Putin Yaponiyaya səfər edə bilər

putin-yaponiyaya-sefer-ede-biler
Oxunma sayı: 787

Rusiya prezidenti Vladimir Putin 2016-cı ilin sonlarında Yaponiyaya rəsmi səfər edə bilər.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Putinin köməkçisi Yuriy Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiya liderini Yaponiyaya bir neçə il öncə dəvət ediblər, lakin Tokio Rusiyaya qarşı sanksiyalara qoşulduğuna görə bu təklif hələ ki, dəyərləndirilmir.