“Qafqazinfo”nun “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, iyulun 1-də Rusiya səfirlərinin toplantısınd Putin deyib ki, hadisələri Qərb provokasiya edib və bu, Rusiya əleyhinə siyasətin manifestasiyasıdır.
Putin deyib ki, Rusiya rusları müdafiə edəcək, siyasi, iqtisadi və humanitar vasitələrlə.
Putin deyib ki, Poroşenkonu Rusiya və Qərb tərəfdaşları zorakılığa əl atmamağa inandıra bilmədi.
Putinin fikrincə, Poroşenko atəşkəsi uzatmamaqla öz üzərinə məsuliyyət götürdü.
Poroşenkonun elan etdiyi atəşkəs iyunun 20-dən 30-na kimi davam etdi.
Son xəbərlər
Son Xəbərlər