Putin Yunanıstana gedir - Altı ay sonra ilk dəfə

putin-yunanistana-gedir
Oxunma sayı: 1082

Rusiya prezidenti Vladimir Putin 27-28 may tarixlərində Yunanıstana rəsmi səfərə gedir.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Putin səfər çərçivəsində Yunanıstan prezidenti Prokopis Pavlopulos və baş nazir Aleksis Çiprasla görüşəcək. Danışıqlarda ikitərəfli iqtisadi-ticari əlaqələrə dair məsələlər müzakirə olunacaq. Bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib.

Putin həmçinin, Afon dağındakı minillik rus kilsəsini ziyarət etməyi planlaşdırır. 

Bu, Rusiya prezidentinin Avropa Birliyi ölkəsinə 6 ay sonra ilk səfərdir. Sonuncu dəfə o, Avropa Birliyinə daxil olan ölkələrə BMT-nin iqlim üzrə Parisdə keçirilən konfransında iştirak edərkən, noyabrın 30-da səfər edib.