Rusiya prezidenti Vladimir Putin qondarma Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenkonun qətlə yetirilməsi ilə bağlı açıqlama verib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, o, Zaxarçenkonun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib, ən qısa zamanda cinayətkarların cəzalandırılacağına ümid etdiyini bildirib.
Putin dialoq aparmaq əvəzinə terror yolunu seçənlərin sülh və sabitliyi pozmaq istədiklərini, lakin niyyətlərinə çatmayacaqlarını söyləyib.
Rusiya prezidenti hər zaman Donetskin yanında olacaqlarını da sözlərinə əlavə edib.
Son xəbərlər
Son Xəbərlər