Putin Zaxarovaya yeni diplomatik rütbə verdi

putin-zaxarovaya-yeni-diplomatik-rutbe-verdi
Oxunma sayı: 2137

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.

“Qafqazinfo” xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin müvafiq fərmanı “pravo.gov.ru” hüquqi informasiya portalında yerləşdirilib.

Hazırda Mariya Zaxarova XİN-nin informasiya və mətbuat departamentinin direktoru vəzifəsində çalışır.

Sənəddə bir sıra digər şəxslərə də fövqəladə və səlahiyyətli səfir rütbəsinin verilməsi qeyd olunub. Xüsusilə, səfirlər Vladimir Barbin, Levan Caqaryan, Nurmahmad Holov, həmçinin Energetika nazirinin müavini Yuri Sentyurin yeni rütbə verilənlər siyahısındadır.