Putin Zəngəzur dəhlizindən danışdı

Putin Zəngəzur dəhlizindən danışdı
Oxunma sayı: 4640

“Uzunmüddətli nizamlanma üçün şərait yaratmaq lazımdır. Bu şərait yalnız o halda yaradıla bilər ki, hər iki tərəf əldə olunmuş razılaşmaları uzunmüddətli kimi qəbul etsin və hər iki tərəf sülh şəraitində birgəyaşayışın üstünlüklərini - bunu vurğulamaq istəyirəm - üstünlüklərini yüksək qiymətləndirsin”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Valday forumunda çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin deyib. 

“Və hamı bunda maraqlıdır. Azərbaycan Naxçıvanla normal əlaqə qurulmasında, kommunikasiya əlaqələrinin bərpasında maraqlıdır. Bu, Ermənistanın qarşısında duran ilkin vəzifələrdən biridir - regionda səmərəli iqtisadi həyat qurmaq, səmərəli qarşılıqlı fəaliyyət, o cümlədən, gələcək üçün Azərbaycanla belə.

Prinsipcə Ermənistan bunda maraqlıdır. Ermənistan, həmçinin, Türkiyə ilə münasibətlərin bərpasında, onları müasir hala gətirməkdə və iqtisadi inkişaf üçün şərait yaranmasında maraqlıdır. Bu da əsas məqsədə - iki dövlətin təhlükəsiz birgə yaşayışının təmin olunmasına və iqtisadi inkişaf üçün şəraitin yaradılmasına nail olmağa gətirib çıxarmalıdır”, - deyə Putin vurğulayıb.