Putindən ABŞ-a xəbərdarlıq

putinden-abs-a-xeberdarliq
Oxunma sayı: 2429

Rusiya prezidenti Vladimir Putin Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsini (İNF) birtərəfli şəkildə ləğv edən​ ABŞ-a ismarış yollayıb.  

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkə başçısı Donald Tramp hakimiyyətini xəbərdarlıq edərək “əgər ABŞ orta və qısa mənzilli mərmi sahəsini genişləndiribsə, biz də bunu edərik”- deyə bildirib. 

Bu məqamda bildirək ki, İNF 1987-ci ildə ABŞ-la Rusiya arasında bağlanıb. Ağ Ev müqavilədən iyun ayında çəkildiyini elan edib.  Tramp hakimiyyəti Rusiyanın 9M729 mərmilərini yaratdığını və müqaviləni pozduğunu bildirib. Rusiya isə sözügedən silahların təxminən 480 kilometr olduğunu  qeyd edib.