Putindən benzinlə bağlı - Fərman

putinden-benzinle-bagli
Oxunma sayı: 3360

Rusiya prezidenti Vladimir Putin benzin və dizel yanacağına aksiz vergisinin tətbiq olunması ilə bağlı fərman imzalayıb. 

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Kremlin saytında xəbər yerləşdirilib.

Fərmana əsasən, avtomobil benzininə tətbiq olunan aksiz vergisinə görə benzinin bir litri 2 rubl qalxıb, dizel yanacağının bir litri isə 1 rubl artıb.

Qeyd edək ki, Rusiya maliyyə nazirinin müavini Yuriy Zubarev bildirib ki, aksizin artırılması büdcəyə 75, 4 milyard rubl gətirəcək.