Rusiya prezidenti Vladimir Putin dolların monopoliya alətinə çevrilməsinin dünyanın bir çox ölkəsi üçün təhlükəli vəziyyət yaratdığını bildirib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Putin dollardan asılılığı azaldaraq Rusiya iqtisadiyyatını təhlükədən uzaq tutmağın vacib olduğunu deyib:
“Rusiyanın qlobal bazardakı mövqeyini gücləndirmək üçün mübarizə aparmaq məcburiyyətindəyik”.
O, Rusiyaya tətbiq edilən sanksiyalardan da danışıb və bunun iqtisadiyyatı daha da inkişaf etdirmək üçün bir fürsət olduğunu söyləyib.
Son xəbərlər
Son Xəbərlər