Putindən Ərdoğanın “dünya beşdən böyükdür” sözlərinə münasibət

putinden-erdoganin-dunya-besden-boyukdur-sozlerine-munasibet
Oxunma sayı: 5966

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəşəriyyətin taleyinin hazırda İkinci Dünya Müharibəsində qalib gələn və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin dar dairəsindən asılı olması fikri ilə razılaşmadığını deyib.

“Qafqazinfo”nun TASS-a istinadən məlumatına görə, Putin Valday Beynəlxalq Klubunun iclasının moderatorunun sualını cavablandırarkən Ərdoğanın bu cür bəyanatının səbəbini anladığını deyib: "Görünür, o, hesab edir ki, Türkiyə də Təhlükəsizlik Şurasının daimi üzvü ola bilər. Ancaq bu məsələni Rusiya həll etmir. Bu məsələlər konsensus əsasında həll edilir”. 

Putin bir sıra ölkələrin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri siyahısına salınması məsələsinin qaldırılmasını ədalətli sayır. "Burada müxtəlif həll yolları mümkündür", - deyə Putin bildirib.

Xatırladaq ki, Ərdoğan Anqola parlamentində çıxışı zamanı bildirib ki, bəşəriyyətin taleyini İkinci Dünya müharibəsində qalib gələn bir “ovuc” ölkənin mərhəmətinə buraxmaq olmaz. Türkiyə lideri qlobal sistemdə davam edən bərabərsizliklərdən danışarkən, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkəni nəzərdə tutaraq "dünyanın beşdən böyük olduğunu" bildirib.