Putindən hökumətin formalaşdırılması ilə bağlı yeni təklif

putinden-hokumetin-formalasdirilmasi-ile-bagli-yeni-teklif
Oxunma sayı: 1516

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına Rusiya hökumətinin formalaşdırılması prosedurunun, onun statusu və fəaliyyətinin dəyişdirilməsi haqqında qanun layihəsi təqdim edib. “Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının Dövlət quruculuğu və qanunvericilik komitəsinin sədri Pavel Kraşennikov bildirib.

Qanun layihəsinin mətninə görə, Prezident Dövlət Dumasının razılığı ilə hökumət başçısını, eləcə də Baş Nazirin müavinlərini və nazirləri təyin edəcək. O, həmçinin Nazirlər Kabinetini buraxmadan, Baş Nazir də daxil olmaqla, istənilən hökumət üzvünü vəzifəsindən azad edə biləcək.

Sənəddə bildirilir ki, Prezident öz vəzifələrini icra etməyə başladıqdan ən geci iki həftə sonra hökumət başçısının namizədliyini irəli sürməli olacaq. Dövlət Dumasına həm Baş Nazir, həm də Baş Nazirin müavinləri və nazirlərin namizədliklərini nəzərdən keçirmək üçün bir həftə ayrılır.