Putindən Netanyahuya tarixi hədiyyə - Foto

putinden-netanyahuya-tarixi-hediyye
Oxunma sayı: 2996

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Moskvada səfərdə olmuş İsrailin baş naziri Benyamin Netanyahuya tarixi kitab hədiyyə edib.

Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “Yahudi müharibəsi” adlı kitabı antik dövr tarixçisi İosif Flaviya yazıb. Kitab 1526-cı ildə İtaliyada toskana dilində çap olunub.

Baş Nazirin hədiyyəni milli kitabxanaya verdiyi bildirilib.

Qeyd edək ki, kitabda eramızın birinci əsrində yahudilərin romalılara qarşı qiyamından bəhs edir.