Putindən Nüvə Sammiti açıqlaması - “Gedəcəkdim, onlar məsləhət görmədi”

putinden-nuve-sammiti-aciqlamasi
Oxunma sayı: 2669

Rusiya prezidenti Vladimir Putin Vaşinqtonda keçirilən Nüvə Sammitində iştirak etməməsinə aydınlıq gətirib.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Putin bildirib ki, Barak Obama onu şəxsən dəvət etmişdi:

“Bəli, məni dəvət etmişdilər. Həmkarım şəxsən çağırmışdı. Sözün düzü, mən getməyin əleyhinə deyildim, lakin bizim nüvə fəaliyyəti sahəsindəki ekspertlər və Xarici İşlər Nazirliyi bunu məsləhət görmədi”.