Putindən Priqojinin düşdüyü təyyarə qəzası ilə bağlı yeni - Açıqlama

putinden-priqojinin-dusduyu-teyyare-qezasi-ile-bagli-yeni
Oxunma sayı: 6694

Rusiya Prezidenti Vladimir Putin “Vaqner” özəl hərbi təşkilatın rəhbəri Yevgeni Priqojinin olduğu təyyarənin qəzaya düşməsindən danışıb.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin təyyarəyə heç bir kənar müdaxilənin olmadığını bildirib.

“Bilirəm, yəqin ki, şirkət rəhbərliyinə nə baş verdiyi sualı havada qalır. Təyyarə qəzasından xəbərimiz var, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin ötən gün mənə məlumat verdi. Təyyarə qəzasında həlak olanların cəsədlərindən əl qumbaralarının parçaları tapılıb. Təyyarəyə heç bir kənar təsir olmayıb, bu artıq təsdiqlənmiş faktdır, Rusiya İstintaq Komitəsinin apardığı ekspertizanın nəticəsidir”, - Putin bildirib.

O qeyd edib ki, təyyarədə həlak olanların cəsədlərində alkoqol və narkotik maddələrin olub-olmaması ilə bağlı ekspertiza aparılmayıb, baxmayaraq ki, aparmağa dəyərdi. Putin həmçinin bildirib ki, Priqojinin Sankt-Peterburqdakı ofisində 10 milyard rubl nağd pul və 5 kq kokain tapılıb.