Rusiya prezidenti Vladimir Putin strateji inkişaf üzrə Şuranın iclasında Şeremetyevo hava limanında “Sukhoi Superjet 100” təyyarəsinin qəzaya düşməsi nəticəsində ölənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin sükutdan qabaq bu sözləri deyib: “Bildiyiniz kimi, Şeremetyevo hava limanında faciə baş verib. Aviaqəza bir çox insanın həyatına son qoydu. Ölənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edirik”.
Xatırladaq ki, mayın 5-də baş vermiş təyyarə qəzasında 41 nəfər dünyasını dəyişib.
Son xəbərlər
Son Xəbərlər