Putindən teraktla bağlı ilk - Açıqlama

putinden-teraktla-bagli-ilk
Oxunma sayı: 632

“Özəl xidmət rəhbərləri və Federal Təhlükəsizlik Xidmətinin prezidenti ilə danışmışam. Özəl xidmətlər və polis baş verən partlayışın səbəblərini araşdırır və dəyərləndirirlər”.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşü zamanı bildirib. 

Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində 10 nəfər həlak olub, 20 nəfər yaralanıb. Rusiya Baş Prokurorluğunun nümayəndəsi baş verən partlayışı terror hadisəsi adlandırıb.