Putindən yeni təklif- - Turistlər üçün vizasız rejim

putinden-yeni-teklif-
Oxunma sayı: 742


“Qafqazinfo”nun BBC-yə istinadən məlumatına görə, "Xarici turistlərin cəlb olunması üçün bir sıra viza rəsmiliklərinin, məsələn qrup şəklində vizasız gediş-gəliş rejiminin tətbiqi barədə düşünməyə dəyər. Bunu bütün BRİCS qrupu üçün tətbiq etmək mümkündür” – prezident dövlət şurasının turist sənayesinin inkişafına dair iclasında deyib.

Putinin fikrincə, viza rejiminin sərbəstləşdirilməsi demək olar kı, bütün hallarda turist axınının artmasına səbəb olur.

Prezident nümunə kimi İsraili göstərib. Onda olan məlumata görə, vizaların ləğvindən sonra İsraildə turistlərin sayı iki dəfədən də çox artıb.

Türkiyə barəsində danışılarsa, bu rəqəm, 40 faiz olub, Putin bildirib.

Hazırda qrup şəklində vizasız gediş-gəliş rejimi BRİCS üzvlərindən biri olan Çinlə mübadilədə tətbiq olunur.

Müvafiq razılaşmanın imzalanmasından sonra bu sazişə Braziliya, Hindistan və CAR da qoşula bilər.

“Qafqazinfo”