Putindən Zelenskinin görüş təklifinə cavab

putinden-zelenskinin-gorus-teklifine-cavab
Oxunma sayı: 5052

Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenskinin görüşmək təklifinə cavab verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdə Putin bildirib ki, Zelenskini Moskvada qəbul etməyə hazırdır:

“Son vaxtlar Ukraynanın hazırkı rəhbərliyi Rusiya-Ukrayna münasibətlərini məhv edən bir çox addım atdı. İkitərəfli münasibətlərin problemləri arasında, Kiyevin Rus dilinə və Rus Pravoslav Kilsəsinə münasibətini göstərmək olar. Ukrayna hökuməti Donbassdakı münaqişənin tənzimlənməsini istəyirsə, ilk növbədə LXR və DXR ilə (qondarma “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası” – red.) dialoq aparmalıdır, daha sonra isə Kremllə”.

Xatırladaq ki, Zelenski bu yaxınlarda Putinə Donbassda görüşmək təklifi etmişdi.