“Qafqazinfo” xəbər verir ki, “novaya qazeta”nın yazdığı xəbərə görə, siyahıda “Exo Moskva” radiosunun səhmdarı və aparıcısı Aleksey Venediktov , sahibkar və ictimai xadim Mixail Xodorkovskiy və teleaparıcı Kseniya Sobçakın da adı olub.
Nəşr həmçinin iddia edir ki, Putinə təqdim edilən sənəddə Nemtsovun qətlinin sifarişçisi və icraçılarının da əsl adı var. Qətlin təşkilatçısının adı isə “mayor Ruslan” olaraq göstərilib. Qəzet yazır ki, həmin mayorun soyadı həm Putinə, həm də DİN, FTB əməkdaşlarına məlumdur. Həmin şəxsin artıq Qroznıda dindirildiyi, lakin bu barədə mətbuata məlumat ötürülmədiyi qeyd edilir. Lakin nəşr məlumatı haradan aldığına dair heç bir mənbənin adını çəkmir.
Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov isə “güllələnmə siyahısı”nı absurd adlandırıb.