“Putinə nüvə silahlarını Belarusa geri verməsini təklif edəcəyəm”

putine-nuve-silahlarini-belarusa-geri-vermesini-teklif-edeceyem
Oxunma sayı: 1333

“NATO Almaniyadakı nüvə silahlarını Polşada yerləşdirərsə, Rusiyadan ona qarşı təsirli olacaq nüvə silahlarını Belarusa qaytarmağı xahiş edəcəyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “Rossiya Seqodnya” xəbər agentliyinə müsahibəsində deyib.

Lukaşenko Qərbə niyə “düşmən” olduğunu açıqlayıb:

"Çünki Belarusdakı biri istisna olmaqla, “Topol” strateji raket buraxılış sistemləri yerindədir və istifadəyə hazırdır. Siz Qərbin nüvə silahına necə reaksiya verdiyini bilirsiniz".

Lukaşenko bildirib ki, ABŞ Rusiyanın ilk prezidenti Boris Yeltsindən bu bölgəni məhv etməyini istəyib:

"Mən "yox" dedim. Amma təzyiq yüksək olduğuna görə birini məhv etdik. O, meşənin içində idi. Digərlərini qorumalıyam. Amerikalılar və Qərb mənə davamlı olaraq “niyə” deyə soruşurlar. Hələ də bu sualları cavablandırmamışam”.

Lukaşenko NATO-nun Baş katibi Yens Stoltenberqin Almaniyanın nüvə silahından imtina edəcəyi təqdirdə bu silahları Şərqi Avropaya yerləşdirə biləcəyi ilə bağlı açıqlamasına reaksiya verib:

"Bu silahları Polşaya gətirəcəklər. Mən də Rusiya Prezidenti Vladimir Putinə nüvə silahlarını Belarusa geri verməsini təklif edəcəyəm".

Lukaşenko hansı nüvə silahını Belarusa verməsini Putinlə müzakirə edəcəyini də deyib. Əlavə edib ki, Polşaya yerləşdiriləcək silahlara qarşı ən təsirli olacaq nüvə silahları ilə bağlı razılaşacaqlar:

“Boş yerə demədim. Belarus torpaqlarında biz buna hazırıq. Uzaqgörənliyim sayəsində SSRİ-dən qalan heç bir şeyi yox etməmişəm. Hər şey yerindədir”.