Putinə qarşı iddianı qəbul edən hakim - İşdən çıxarıldı

putine-qarsi-iddiani-qebul-eden-hakim
Oxunma sayı: 1539

Rusiya prezidenti Vladimir Putinə qarşı qaldırılan iddianı qəbul edən hakim işdən azad edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Saratov vilayətinin Arbitraj məhkəməsinin hakimi Tatyana Leskina Putinə qarşı “Xalqın düşməni, oliqarx və məmurların dostu, Rusiya xalqını talan etmə, məmurları, bankirləri varlandırmaq” ittihamları yer alan iddianı qəbul etdiyinə görə işdən qovulub.

Leskinanın işdən öz istəyi ilə getdiyi və istefada olan hakimin haqqı olan bütün hüquqlardan istifadə edəcəyi deyilir.

Vilayət məhkəməsinin nümayəndəsi Tatyana Lesnikanın işdən azad edilməsi haqda heç bir şərh vermir.

Qeyd edək ki, təcili olaraq işdən azad olan hakim bu vəzifədə 17 il çalışıb və “qüsursuz xidmətə görə” hakimlərin şurası və məhkəmə departamentinin Ali məhkəməsi tərəfindən medalla təltif edilib.

Aysel Kərimova