Putinə Qırğızıstanda atla it hədiyyə olundu - Yenilənib

putine-qirgizistanda-atla-it-hediyye-olundu
Oxunma sayı: 2082

Rusiya prezidenti Vladimir Putin Qırğızıstanda rəsmi səfərdədir.

“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən məlumatına görə, o, səfər çərçivəsində Bişkek şəhərində qırğız həmkarı Sooronbay Jeenbekov ilə görüşəcək. 

Bundan sonra liderlər Rusiya-Qırğızıstan bölgələrarası konfransında iştirak edəcək və yazıçı Çingiz Aytmatovun ev-muzeyini ziyarət edəcəklər.

***

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov bu ölkədə səfərdə olan Rusiya lideri Vladimir Putinə Orlov atı ilə it hədiyyə edib.

Qeyd olunur ki, Şerhan adlı it tayqan cinsindəndir.