Putinə sui-qəsd etməyə hazırlaşırdı, yaralandı

putine-sui-qesd-etmeye-hazirlasirdi-yaralandi
Oxunma sayı: 716

Kiyevin Podol rayonunda Çeçenistan əsilli Adam Osmayev təhlükəsizlik qüvvələri tərəfindən yaralanıb.

“Qafqazinfo” “112 Ukraina”ya istinadən xəbər verir ki, o, Rusiya prezidenti Vladimir Putinə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinir.

“Adam Osmayev və üzərində Ukrayna vətəndaşlığına dair şəxsiyyət vəsiqəsi tapılan kişi yaralanıb. Həkimlərin rəyinə görə, onların həyati təhlükəsi yoxdur. Hadisənin baş verdiyi ərazidə 3 ədəd Makarov tipli tapança və “Qlok” tapançası aşkarlanıb”, - deyə DİN-nin mətbuat katibi Artem Şevçenko bildirib.

Faktla bağlı cinayət işi açılıb.