Ukrayna Prezidenti Volodimir Zelenski mayın 3-nə keçən gecə Kremlə pilotsuz uçuş aparatı ilə hücumda Kiyevin əli olması iddialarını təkzib edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.
“Sözlərimi təkrarlaya bilərəm. Düşünürəm ki, bu, hamıya aydın olacaq. Biz Rusiya prezidenti Vladimir Putinə və ya Moskvaya hücum etmirik, biz öz ərazimizdə döyüşürük, şəhərlərimizi və kəndlərimizi qoruyuruq”, - deyə Zelenski Finlandiyaya səfəri zamanı mətbuat konfransında bildirib.
Son xəbərlər
Son Xəbərlər