“Putini yaxın adamları öldürəcək” - Zelenski

putini-yaxin-adamlari-oldurecek
Oxunma sayı: 3795

“Putini yaxın adamları öldürəcək”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin bir illiyinə həsr olunan sənədli filmdə deyib.

Zelenski bildirib ki, bir gün yaxın ətrafı Putini öldürəcək:

"Putin rejiminin kövrəkliyi getdikcə bütün ölkə ərazisində hiss olunmağa başlayacaq. Sonra isə yırtıcılar onu yeyəcək. Onlar qatili, yəni Putini öldürmək üçün səbəb tapacaqlar".