Putinin başına iş gəldi - Video

putinin-basina-is-geldi
Oxunma sayı: 4264

Rusiya Prezidenti Vladimir Putin mayın 10-da Soçidə keçirilən ənənəvi “Gecə Hokkeyi Liqası”nda buz üstünə çıxıb.

“Qafqazinfo”nun “Sports.ru” saytına istinadən verdiyi xəbərə görə, rusiyalı lider “Hokkeyin əfsanələri” komandasının tərkibində yarışıb. 

Prezidentin komandası 14:7 hesabı ilə qalib gəlib. Qeyd olunur ki, Putin 8 şayba vurub.

Görüşün sonunda Prezident tribunada əyləşən tamaşaçıları salamladığı zaman sürüşərək yerə yıxılıb. Lakin o, özünü itirmədən digər hokkeyçilərin köməyilə ayağa qalxıb. 

Qeyd edək ki, “Gecə Hokkeyi Liqası” 2011-ci ilin dekabrında Vladimir Putinin təşəbbüsü ilə yaradılıb. Rusiya Prezidenti liqanın qala-matçlarında dəfələrlə iştirak edib.