Putinin Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti statusu ləğv edildi

putinin-beynelxalq-cudo-federasiyasinin-fexri-prezidenti-statusu-legv-edildi
Oxunma sayı: 3397

Rusiya Prezidenti Vladimir Putinin Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti və səfiri statusu ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyasının rəsmi açıqlamasında bildirilib.

Buna Rusiyanın Ukraynaya qarşı elan etdiyi müharibə səbəb göstərilib.