Putinin bir həftə əvvəl görüşdüyü baş həkim koronavirusa yoluxub

putinin-bir-hefte-evvel-gorusduyu-bas-hekim-koronavirusa-yoluxub
Oxunma sayı: 5078

Moskvanın Kommunarka qəsəbəsində yerləşən infeksion xəstəliklər xəstəxanasının baş həkimi Denis Protsenkoya COVİD-19 diaqnozu qoyulub.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, baş həkimin koronavirusa görə verdiyi test pozitiv nəticə göstərib.

Xatırladaq ki, martın 24-də Rusiya Prezidenti Vladimir Putin Kommunarka qəsəbəsində yerləşən infeksion xəstəliklər xəstəxanasını ziyarət edərək baş həkim Denis Protsenkoya ilə görüşmüşdü.