“Qafqazinfo”nun məlumatına görə, Rusiyanın tətil şəhəri Soçidəki "Balşoy" stadionunda təşkil olunan festivalda Rusiyanın müdafiə naziri Sergey Şoygu Putinlə eyni komandada oynayıb, Putin iki qol vurub.
Moskva region valisi Andrey Vorobyov, Tver valisi Andrey İvelyov, Tatarıstan prezidenti Rüstəm Minnihanov da Putinin komandasında yer alıb.
Qarşılaşmada iş adamları Gennadi Timçenko, Arkadi və Boris Rotenburg qardaşları, Vladimir Potanin və Dmitir Bosov olub.
Festivalda iştirak edən komandalar, iş adamları, dövlət vəzifəliləri və təqaüdçü xokkey idmançıları yer alıb.
Qeyd edək ki, Xokkey Liqası 2011-ci ildə Putinin təşəbbüsü ilə qurulmuşdu.
Xokkey Liqasının başçılığını 2 dəfə olimpia çempionu və 7 dəfə dünya çempionu olan Aleksandr Yakuşevin edir. Ümumi katibi isə 2 dəfə olimpiada və 8 dəfə dünya çempionu olan Sergey Makarov.
Son xəbərlər
Son Xəbərlər