Putinin daha bir rəqibi seçkidən geri çəkildi

putinin-daha-bir-reqibi-seckiden-geri-cekildi
Oxunma sayı: 2314

Rusiyada “Azadlıq və Ədalət” partiyasından prezidentliyə namizəd Andrey Boqdanov seçkilərdə iştirak etməyəcəyini açıqlayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Boqdanov namizədlikdən geri çəkilməsi ilə bağlı Rusiyanın Mərkəzi Seçki Komissiyasına ərizə təqdim edib. 

Xatırladaq ki, yanvarın 30-u “Rusiya Ümumxalq İttifaqı” partiyasının lideri Sergey Baburin də prezident seçkilərində namizədliyini geri götürüb

Rusiyada prezident seçkiləri martın 15-dən 17-nə qədər keçiriləcək.