Rusiya Prezidenti Vladimir Putin fevralın 29-u Federal Məclisə müaciət edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Bununla belə, müraciətin saatı açıqlanmayıb.
Xatırladaq ki, 2023-cü ildə Putinin Federal Məclisə müraciəti fevralın 21-i baş tutub.