Putinin həbsinə order verən məhkəmənin prokuroru axtarışa verildi

putinin-hebsine-order-veren-mehkemenin-prokuroru-axtarisa-verildi
Oxunma sayı: 3432

Rusiya Daxili İşlər Nazirliyi Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Xan Kərim Əsəd Əhmədi axtarışa verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Haaqa prokurorunun hansı maddə ilə axtarışa verilməsi haqqında məlumat verilməyib.

Qeyd edək ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.